Futbol üzrə Avstriya millisinin üzvü Sebastyan Prödlün yeni iş yeri məlum olub. Matc.az xəbər verir ki, 32 yaşlı müdafiəçi "Udineze" klubuna keçib.
 
Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Avstriyalı futbolçu ilə müqavilə 2021-ci ilin yayına qədər nəzərdə tutulub.
 
Avstriya millisində 73 oyun keçirmiş Prödlün son klubu İngiltərə "Uotford"u olub. Avstriyanın "Şturm Qraz" klubunun yetirməsi olan müdafiəçi daha çox "Verder"dəki oyunu ilə məşhurlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest