Kiprdə təlim-məşq toplanışında olan Rusiyanın "Ufa" klubu növbəti yoxlama oyunlarını keçirib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi bu komanda bir gündə iki sınaq matçına çıxıb.
 
Sözügedən komanda öncə Kiprin "Ayya Napa" klubu ilə üz-üzə gəlib. "Ufa" bu görüşdə 5:0 hesablı qələbəyə sevinib. Əliyev bu oyunun iştirakçısı olmayıb.
 
Başqırdıstan təmsilçisi günün sonunda Litvanın "Suduva" klubu ilə üz-üzə gəlib. Bu görüşdə isə qalib müəyyənləşməyib – 1:1. Azər də məhz bu matçda meydana buraxılıb. Start heyətdə meydana çıxan yarımmüdafiəçi sonadək mübarizə aparıb.
 
"Ufa" Kipr toplanışı çərçivəsində növbəti yoxlama oyununu fevralın 8-də İrəvan "Urartu"suna (Ermənistan) qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest