"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola azarkeşlərin onlardan çempionlar Liqasını qazanmalarını gözlədiyini açıqlayıb. Matc.az xəbər verir ki,  ispaniyalı mütəxəssis bunun üçün var gücü ilə çalışdığını bildirib:

"Bu klub 10 il öncə Premyer Liqada qalmaq üçün mübarizə aparırdı. Ancaq sonra Abu Dabidən insanlar gəlib buranı satın aldılar. Bundan sonra komanda irəliləməyə başladı. Son on ildə 4 dəfə çempionluq qazanıldı. Klubda hazırda çatışmayan çempionlar Liqasının kubokudur. Azarkeşlərin bunu istəməsi normaldır. çalışacam ki, bu il olmasa belə, sonrakı illərdə bu uğuru əldə edim.  Ancaq çempionlar Liqasının qazana bilməsəniz, dünya dağılmayacaq".

Qeyd edək ki,  "Mançester Siti" bu mövsüm çL-nin 1/8 final mərhələsində "Real Madrid"lə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest