"Mançester Siti" "Barselona"nın ulduz futbolçusu Lionel Messini heyətinə qatmağı düşünür. Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "şəhərlilər" argentinalı ilə klub rəhbərliyi arasındakı problemdən istifadə etmək istəyirlər.

Xəbərdə bildirilir ki, Mançester təmsilçisi Messini heyəti qata biləcək gücdə olan az komandalardan biridir. Belə ki, İngiltərə klubu argnetinalı üçün illik 65 milyon avro maaş təklif etməyə hazırlaşır. Messi üçün isə bu pulu Avropada verə biləcək başqa bir klubun olmadığı bildirilir.

Messinin "Barselona" ilə 2021-ci ilə qədər müqaviləsi var. Ancaq razılaşmaya əsasən ulduz oyunçu yayda azad agent ola  bilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest