Millimizin hücumçusu Ramil Şeydayev karyerasını Azərbaycanda davam etdirə bilər. Matc.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, Şeydayev "Neftçi"nin maraq dairəsinə düşüb. 24 yaşlı futbolçunun "ağ-qaralara"a keçməyə yaxın olduğu qeyd olunub. Xəbərdə Şeydayevin də karyerasını Azərbaycanda davam etdirmək istədiyi bildirilib.

Qeyd edək ki, Ramil Şeydayevin sonuncu klubu "Dinamo" olub. O, Moskva təmsilçisindən ayrıldıqdan sonra klubsuzdur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest