"Liverpul" futbolçusu Tomas Hill ilə peşəkar müqavilə imzalayıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
17 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
6 yaşından "Liverpul"un akademiyasında olan Hill, bu mövsüm Mersisayd təmsilçisinin əsas komandasında debüt edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest