İspaniyanın "Mirandes" klubu ölkə kubokunun 1/4 final mərhələsində "Vilyarreal"ı məğlub edərək (4:2) yarımfinala yüksəlib. Matc.az xəbər verir ki, İspaniya kubokunda 8 ildən sonra ilk dəfə La Liqada olmayan bir komanda turnirin yarımfinalına yüksəlib.
 
Sonuncu dəfə – 2011/12 mövsümündə də bunu bacaran "Mirandes" olmuşdu. Komanda həmin mövsümdə mübarizəni yarımfinalda "Atletik"ə uduzaraq, dayandırmışdı.
 
Sequnda təmsilçisi İspaniya kubokunda bu mövsüm "Selta" (2:1), "Sevilya" (3:1) və "Vilyarreal" (4:2) kimi klubları mübarizədən kənarlaşdıraraq, yarımfinala yüksəlib.
 
İspaniya Sequndasında mübarizə aparan komanda 25 turdan sonra 11-ci sıradadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest