"Latsio" futbol üzrə İtaliya A Seriyasında öz rekordunu təkrarlayıb. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi ölkə çempionatında ardıcıl 17 oyundan məğlubiyyətsiz ayrılıb.
 
"Latsio" buna A Seriyasının 17-ci turundan təxirə salınmış "Verona" ilə oyunda (0:0) nail olub.
 
Qeyd edək ki, "Latsio" 1998/99 mövsümündə də ardıcıl 17 oyunda uduzmayıb. Sözügedən komanda bu mövsüm sonuncu məğlubiyyətini 2019-cu ilin 25 sentyabrında "İnter"lə səfər oyununda alıb – 0:1. Simone İnzaqinin çalışdırdığı kollektiv həmin oyundan sonra 17 matça çıxıb, 13 qələbə qazanıb, dörd heç-heçəyə razılaşıb.
 
Paytaxt klubu A Seriyasında 22 turdan sonra 50 xalla üçüncü sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest