İtaliyanın "Sampdoriya" klubu heyətini yeni futbolçuyla gücləndirib.
 
Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi "Norşellan"dan Mikkel Damsqoru transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
19 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb. Damsqor mövsümün sonuna qədər Danimarkanın klubunda qalacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest