Azərbaycanlı futbolçusu Ayaz Quliyevin formasını geyindiyi Rusiyanın "Saprtak" (Moskva) komandası yoxlama oyunu çərçivəsində "Lokomotiv"lə (Moskva) qaşrılaşıb. Matc.az xəbər verir ki, həmyerlimiz bu qarşılaşmada 90 dəqiqə meydanda olub.
Əsas vaxtı 1:1 hesabı ilə heç-heçə bitən görüşün taleyini penaltilər seriyası bəlirləyib. Penaltiləri daha dəqiq yerinə yetirən "Lokomotiv"li oyunçular görüşdən 4:2 hesabı ilə qalib ayrılıblar.
Ayaz Quliyev matça əsas heyətdə başlayıb və sona qədər meydanda olub. O, görüşdə heç nə ilə yadda qalmayıb.
24 yaşlı futbolçu penaltilər seriyasında da iştirak etməyib.