İngiltərə Premyer Liqasının rəsmi saytında keçirilən sorğuda yanvarın ən yaxşı məşqçisi adına aydınlıq gəlib. Matc.az xəbər verir ki, ötən ayın ən yaxşısı Yurgen Klopp olub.
 
Siyahıda Kloppla yanaşı, daha üç namizəd var idi. Ancaq almaniyalı mütəxəssis səslərin çoxuna sahib çıxaraq yanvar ayının ən yaxşı baş məşqçisi seçilib.
 
Qeyd edək ki, Klopp cari mövsümdə 5  dəfə bu ada layiq görülüb. Daha öncə isə Qvardiola 4 dəfə Premyer Liqada ayın məşqçisi seçilmişdi. Ancaq Klopp bu mövsüm beş dəfə bu ada layiq görülərək Qvardiolanın rekordunu qırıb.  
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest