"Barselona" braziliyalı futbolçu Filipp Koutinyonu satmaq niyyətindədir. Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi oyunçunun qiymətində eniş etməyi də düşünür.
 
Hazırda "Bavariya"da çıxış edən braziliyalının qiyməti daha öncə 100 milyon avro olaraq açıqlansa da, "Barselona" rəhbərliyi oyunçu üçün bu rəqəmi heç kimin verməyəcəyini başa düşüb. Ona görə də klub Koutinyonun dəyərini 80 milyon avroya salıb. Ancaq Münxen təmsilçisi futbolçunu almaq niyyətində deyil. Buna səbəb,  28 yaşlı yarımmüdafiəçinin yaxşı formada olmamasıdır. 
 
Koutinyo bu mövsüm komandası ilə 16 oyun keçirib və 6 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest