"Əgər hansısa kluba getmək şansın yaranırsa və bu, sənin xeyrinə olacaqsa, onda gərək o addımı atasan. Yəni, burada Avrokuboklarda oynamaq imkanı qazanırsan"

"Qarabağ"ın yeni transferi Ovusu Kvabena Azərbaycan Premyer Liqasının 16-cı turunda "Neftçi" ilə oyundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Matc.az xəbər verir ki, o, əvvəlcə görüş haqda fikirlərini bölüşüb:

- Asan oyun olmadı. çünki derbi idi. Hamı udmaq istəyirdi, aqressiv idi. Amma düşünürəm ki, pis alınmadı.

- Azərbaycanda  ilk oyununuza çıxdız. ümumiyyətlə, buraya gələnə qədər fikrinizdə olanlarla gəlib, gördükləriniz üst-üstə düşdümü?
- Futbol hər yerdə futboldur. Sadəcə sən matça köklənib, öz oyununu nümayiş etdirməlisən.

- İspaniyanın Sequndasından Azərbaycan Premyer Liqasına gəlmisiniz. Ora ilə bura arasında həm futbol, həm azarkeş baxımından və s. çox müqayisəolunmazdır. Buna görə özünüzü ilk baxışdan narahat hiss etmirdiniz?

- Ola bilər ki, Sequnda B-yə daha çox azarkeş gəlsin. Amma futbol tərəfindən geri qalmır.

- "Qarabağ"a keçdiyiniz vaxt problem yaranmışdı. Orada bir məsələ vardı ki, "Kordoba"dan icazəsiz gəlmişdiniz. Klub rəhbərliyi onlara hörmətsizlik etdiyinizi düşünürdü. Buna aydınlıq gətirə bilərsinizmi?

- Məncə, bu haqda nəsə deməyin zamanı deyil.

- "Kordoba"dan buraya gəlməkdə hədəfiniz nədir? Daha çox pul qazanmaq, yoxsa Avrokuboklarda çıxış etmək?

- Əgər hansısa kluba getmək şansın yaranırsa və bu, sənin xeyrinə olacaqsa, onda gərək o addımı atasan. Yəni, burada Avrokuboklarda oynamaq imkanı qazanırsan.

- özünüzdə Azərbaycan Premyer Liqasında oynayarkən Qana millisinə çağırılma potensialını görürsünüz?

- Mənə elə gəlir ki, öz işini yaxşı görəcəksənsə, inkişaf edəcəksənsə, milliyə də dəvət olunacaqsan.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest