Futbol üzrə İngiltərə Premyer Liqasında 26-cı tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib. 
 
Turun açılış matçında "Everton" doğma azarkeşləri qarşısında "Kristal Pelas"ı qəbul edib. Dörd qolun qeydə alındığı bu matçda qələbəni meydan sahibləri bayram ediblər.
 
"Brayton" isə "Uotford"la qarşılaşmada heç-heçəyə razılaşıb.
 
İngiltərə Premyer Liqası
26-cı tur
8 fevral
 
Everton – Kristal Pelas 3:1
Qol: Bernard, 18. Riçarlison, 58. Levin, 88 – Benteke, 51.
 
Brayton – Uotford 1:1
Qol: Mariappa, 78-öz qapısına – Dukure, 19.
 
9 fevral
 
18:00 Şeffild Yunayted – Bornmut
20:30 Mançester Siti – Vest Hem
 
14 fevral
 
00:00 Vulverhempton – Lester
 
15 fevral
 
16:30 Sauthempton – Bernli
21:30 Norviç – Liverpul
 
16 fevral
 
18:00 Aston Villa – Tottenhem
20:30 Arsenal – Nyukasl
 
17 fevral
 
00:00 çelsi – Mançester Yunayted

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest