Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 21-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" klubu da növbəti matçına çıxıb.
 
Aue təmsilçisi səfərdə "Ştutqart"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
 
Nazarov da bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin futbolçusu sonadək oynayıb. Cari mövsümdə 7 qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib. Əvəzində o, 56-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
 
21 turdan sonra 30 xala malik "Ersgebirge" 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest