İtaliya A Seriyasının 23-cü turu çərçivəsində "Verona"ya 1:2 hesabı ilə məğlub olan "Yuventus"un futbolçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb. Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı futbolçu "qoca sinyora"nın yeganə qolunun müəllifi olub.
 
Bununla da, Ronaldo A Seriyasında ardıcıl 10 oyunda qol vurmağı bacaran ilk futbolçu olub.
 
35 yaşlı hücumçu, "Real"da oynayanda da eyni uğura imza atmışdı. O, İspaniya La Liqasında ardıcıl 10 oyunda fərqlənməyi bacarmışdı. Bununla da, Ronaldo Avropanın TOP-5 liqalarının ikisində ardıcıl 10 oyunda qol vuran ilk futbolçu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest