Kiprdə təlim-məşq toplanışında olan Rusiyanın "Ufa" klubu növbəti yoxlama oyununun keçirib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi bu komanda Ermənistan təmsilçisi "Urartu" ilə üz-üzə gəlib.
 
"Ufa" bu görüşdən heç-heçə ilə ayrılıb – 0:0. Azər də bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest