Avropada hökm sürən qarlı hava şəraiti müxtəlif ölkə çempionatlarında olduğu kimi, Türkiyə Super Liqasında da bir matçın başqa tarixə keçirilməsinə səbəb olub.
 
Matc.az xəbər verir ki, sabah keçirilməsi nəzərdə tutulan "Göztəpə" - "Rizəspor" qarşılaşması təxirə salınıb.
 
Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Qarşılaşmanın keçirilmə vaxtı daha sonra müəyyənləşəcək.
 
TFF 1-ci, 2-ci və 3-cü liqa oyunlarından da bir neçəsinin təxirə salındığını açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest