Futbol üzrə İspaniya 2-ci liqasında 27-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete" də növbəti matçına çıxıb.
 
Sözügedən klub doğma meydanda "Ponferradina" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
 
İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 53-cü dəqiqədə əvəzlənib. 44-cü dəqiqədə isə millimizin üzvü sarı vərəqə ilə cəzalanıb.
 
"Albasete" hazırda 29 xalla 22 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest