Almaniyanın "Borussiya" (Dortmund) klubu ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, Dortmund təmsilçisinin əsas heyət üzvlərindən olan yarımmüdafiəçi Yulian Brandt sıradan çıxıb.
 
O, Bundesliqanın 21-ci turu çərçivəsində "Bayer"ə 3:4 hesabıyla uduzduqları oyunda ayaq biləyindən zədələnib.
 
23 yaşlı futbolçunun yaşlı futbolçunun yaşıl meydanlara dəqiq nə vaxt qayıdacağı açıqlanmır. Amma klubun rəsmi saytında onun ən azı qarşıdakı oyunlarda komandaya kömək edə bilməyəcəyi diqqətə çatdırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest