İspaniya La Liqasının 23-cü turunun "Osasuna" – "Real" matçı (1:4) "kral klubu"nun futbolçusu Serxio Ramos üçün əlamətdar olub. Matc.az xəbər verir ki, 33 yaşlı müdafiəçi Madrid təmsilçisi ilə 440-cı rəsmi matçına çıxıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kapitan, "Real" formasıyla ən çox oyun keçirən 5-ci futbolçu olub.
 
"Real"la ən çox matça çıxan isə Raul Qonsalesdir. Keçmiş hücumçu madridlilərlə 550 oyunda iştirak edib.
 
2005-ci ildən "Real"ın formasını geyinən Ramos, bu mövsüm 29 matça çıxıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest