İngiltərə Premyer Liqasında fantastik mövsüm keçirən "Liverpul"un zədəli futbolçusu Sadio Mane sıraya dönüb.
 
Matc.az xəbər verir ki, bu barədə "qırmızılar"ın mətbuat xidməti məlumat yayıb.
 
Məlumatda bildirilir ki, seneqallı hücumçu zədəsini tamamilə sağaldıb və komanda ilə məşqlərə başlayıb.
 
Xatırladaq ki, Mane İngiltərə Premyer Liqasında "Vulverhempton"la matçda zədələnmişdi. Bu səbəbdən o, Premyer Liqanın son iki oyununda komandasına kömək edə bilməmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest