"Qarabağ"ın sabiq qapıçısı Anton Kanibolotski karyerasını Ukraynada davam etdirəcək. Matc.az xəbər verir ki, 31 yaşlı futbolçu "Karpatı"ya keçib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kanibolotski ilə müddəti mövsümün sonuna qədər olan müqavilə imzalanıb.
 
2017/18 mövsümünü "Qarabağ"da keçirən ukraynalı qapıçı daha sonra Polşanın "Medz" klubuna keçmişdi.
 
Kanibolotski 2019-cu ilin yayından işsiz idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest