Devid Bekhemin prezidenti olduğu "İnter Mayami" klubunun adı dəyişdirilə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb, İtaliya "İnter"inin ad hüquqlarına görə MLS təmsilçisini məhkəməyə verməsidir.
 
Ad məsələsiylə bağlı ilkin mübahisələr 2018-ci ilin sentyabrında yaranmışdı. İtaliya təmsilçisi 2014-cü ildə "İnter" markasının ABŞ-da qeydiyyata alınması üçün ərizə vermişdi.
 
"İnter" və "İnter Mayami" arasındakı məhkəmənin ilk mərhələsi dünən keçirilib və italyanların qələbəsiylə başa çatıb. MLS təmsilçisi "İnter Mayami" adından istifadə hüququnun doğru olduğunu sübut edə bilməsə, ad dəyişdirmək məcburiyyətində qalacaq.
 
"İnter Mayami" 2021-ci ildən MLS-də mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest