"Barselona"nın fransalı futbolçusu Osman Dembele əməliyyat olunub. Matc.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Uzun müddət zədədən əziyyət çəkən, ötən ay sıraya dönsə də, son məşqlərin birində yenidən zədələnən Fransa yığmasının gənc futbolçusu daha bir əməliyyat keçirmək məcburiyyətində qalıb. 22 yaşlı hücumçunun əməliyyatı uğurlu alınıb. Lakin onun bərpası üçün 6 ay lazım gələcək. Bu isə Dembelenin həm bu mövsümü erkən başa vurmasından, həm də Aç-2020-də Fransa yığmasına kömək edə bilməyəcəyindən xəbər verir.
 
"Barselona"ya gələndən bəri zədələrlə mübarizə aparan Dembele, bu mövsüm də cəmi 9 oyunda forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest