Futbol üzrə İngiltərə Premyer Liqasının 26-cı turundan təxirə salınmış "Mançester Siti" - "Vest Hem" matçının keçiriləcəyi tarix müəyyənləşib.
 
Matc.az xəbər verir ki, sözügedən qarşılaşma fevralın 19-da baş tutacaq.
 
Bu barədə "Mançester Siti"nin rəsmi saytı məlumat yayıb.
 
Qeyd edək ki, bu oyun əslində fevralın 9-da keçirilməli idi. Amma həmin günə gözlənilən fırtına səbəbindən təhlükəsizlik məqsədilə qarşılaşmanın başqa tarixə keçirilməsi qərara alınmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest