"Oyunçularımın işindən, motivasiyasından tam razıyam. Hazırlığımız çox yaxşı gedir"

"çelik"in baş məşqçisi ümit özat "Sportssport.ba" saytına komandasının hazırlıq prossesini dəyərləndirib. Matc.az xəbər verir ki, türkiyəli mütəxəssis heyətə cəlb edilən yeni oyunçular barədə də danışıb.

özat milli komandamızın sabiq üzvü Elvin Yunuszadənin komandaya faydalı olacağına inandığını açıqlayıb:

"Oyunçularımın işindən, motivasiyasından tam razıyam. Hazırlığımız çox yaxşı gedir. Komandaya sonuncu qoşulan futbolçu Elvin Yunuszadə oldu. O, çempionlar Liqasında bir neçə oyun keçirib. Əminəm ki, bizə faydalı olacaq".

Yunuszadə Bosniya və Hersoqovina təmsilçisi ilə yaya qədər müqavilə imzalayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest