"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola dünyanın ən yaxşısı olub-olmadığını açıqlayıb. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis jurnalistlərin ona "dünyanın ən yaxşı məşqçisi sizsiniz?" sualını belə cavablandırıb:

"Bəli, mən idim. Ancaq ən yaxşı məşqçi nə deməkdir? özümü heç vaxt ən yaxşı hiss etməmişəm. Mənə "Mançester Siti"dən başqa bir komanda versəniz, bu uğurları qazana bilməyəcəyəm".

Qvardiola 2016-cı ildən "Mançester Siti"yə rəhbərlik edir. Onun rəhbərliyi altında Mançester klubu iki dəfə İngiltərə çempionu olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest