Bu gün "Neftçi"nin futbolçusu Soni Mustivarın 30 yaşı tamam olur. Matc.az xəbər verir ki, 1990-cı ildə dünyaya gəlmiş haitili yarımmüdafiəçi 2017/2018 mövsümündən çıxış etdiyi "ağ-qaralar"ın heyətində 54 oyun keçirib, 3 qol vurub.
 
Mustivar Haiti millisinin forması ilə meydana çıxdığı 19 matçda 2 dəfə fərqlənib. Futbolçunun klub saytına verdiyi müsahibəni təqdim edirik:
 
- Doğum gününüz mübarək, Soni! özünüzü 30 yaşda necə hiss edirsiniz?
 
- Təbrikinizə görə sağ olun. özümü gənc hiss edirəm (gülür).
 
- Həyatınızda ən gözlənilməz hədiyyə hansı olub?
 
- Ən gözlənilməz hədiyyəni mən bir neçə il əvvəl almışdım. Neçənci il olduğu yadımda deyil, amma hədiyyə "Nintendo 64" oyun konsolu idi.
 Bu
- Bu günü necə keçirəcəksiniz?
 
- Doğum günümü həyat yoldaşım və dostlarımla qeyd edəcəm. Qeyri-adi bir şey olmayacaq.
 
- Artıq bir neçə ildir ki, "Neftçi"dəsiniz. Bu klub sizin üçün nə məna daşıyır?
 
- "Neftçi" sevgi, emosiya, ehtiras deməkdir.
 
- Bu mövsüm bir oyunda hətta komandanın kapitanı qismində oynamısınız.
 
- Bəli və buna görə qurur duyuram. Mənim üçün komandanın hər bir oyunçusu kapitandır. Biz "Neftçi"ni layiqli şəkildə təmsil etməliyik.
 
- Həftəsonu "Keşlə"yə qarşı keçiriləcək oyun ərəfəsində azarkeşlərə nə deyə bilərsiniz?
 
- Arzum odur ki, oyuna gəlsinlər. Nə qədər çox olsalar, o qədər də biz güclü olacağıq. Qələbəni bir yerdə yaşayaq!

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest