"Leyptsiq"in oyunçusu Timo Verner karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az xəbər verir ki, komandanın baş məşqçisi Yurgen Klopp həmyerlisini heyətinə qatmaqda israrlıdır.

Almaniya klubu futbolçusu buraxmaq istməsə də, hücumçunun İngiltərədə oynamaq istədiyi bildirilir. O, daha öncə verdiyi açıqlamada Kloppla çalışmaq istədiyini söyləmişdi. Ancaq 24 yaşlı futbolçunun klubu ilə 2023-cü ilə qədər müqaviləsi var.

Qeyd edək ki, "Leyptsiq" rəhbərliyi onu heyətinə qatmaq istəyən klubun 60 milyon avrodan keçməli olduğunu açıqlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest