"Uduzduğumuz üçün çox danışmağa ehtiyac yoxdu. Belə matçı analiz etmək çətindi". Matç.az saytının məlumatına görə, bunu "Qəbələ"nin məşqçisi Elmar Baxşıyev deyib.

Topaz Premyer Liqasının VII turunda "Zirə"nin qonağı olan "qırmızı-qaralar" meydanı məğlub tərk edib – 0:1.
Oyundan sonra təşkil edilən mətbuat konfransında Baxşıyev fikrini bu sözlərlə davam etdirib: "Komanda sanki qara zolaqdadı. Komanda istəyir, amma alınmır. Nəsə çatışmır. Klub olaraq bu duruma düşmüşük və ümid edirəm ki, bu vəziyyətdən çıxacağıq".


- Meydandan 1 xalla ayrılsaydınız razı qalacaqdız?
- Yox. Son iki oyunda hiss edirdik ki, komandada eniş yaşanır. Əvvəlki matçlarda qol şansları yarada bilirdik. Amma bu gün göstərdi ki, komandanı silkələmək, ayıltmaq lazımdı.

- Baş məqşçi Sənan Qurbanov istefa vermək fikrində olduğunu demədi?
- Bu barədə rəhbərlik nə qərar verəcək, mən bilmirəm.

- Protokolda "18-lik" düzəlməmişdi. Bu nə ilə bağlıdı?
- Zədəli oyunçularımız var. U-19-un oyunu da olduğundan, onları protokola salmamışdıq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest