"Konkret mənim fikrimi bilmək istəyirsinizsə, məncə U-23 milli yaratmağa ehtiyac yoxdur"

Bu gün "Azərbaycan Radiosu"nun səhər efirinin qonağı AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov olub. Matc.az xəbər verir ki, qurum rəsmisi canlı yayım vaxtı AVRO-2020 ilə yanaşı, bir çox məsələlərə aydınlıq gətirib.

Aparıcı İlkin Baba və Günay Tehranqızının suallarını cavablandıran Elxan Məmmədov futbol üzrə U-23 millimizin yaradılması ilə bağlı məsələyə də münasibətini bildirib və bununla bağlı konkret qərar verildiyini deyib:

​"İK iclasında belə bir fikir səsləndirildi. Amma bu ideya təsdiqlənmədi. Konkret mənim fikrimi bilmək istəyirsinizsə, məncə U-23 milli yaratmağa ehtiyac yoxdur. çünki 22 ya da 23 yaşlı futbolçu əsas millidə oynamalıdır. Hal-hazırda bizim milli komandamızda hər rəsmi oyunda ən azı 2 nəfər bu yaşda futbolçu olur. Bu təklif bizim sistemə uyğun gəlmir. Onsuzda Premyer Liqada limit var. Ona görə də bu məsələ gündəmimizdə deyil".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest