Heyətində ciddi dəyişikliklər etməyi planlaşdıran "Real" transfer çalışmalarına başlayıb. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, "kral klubu" Premyer Liqada çıxış edən iki futbolçuya "elçi düşüb".

Madrid təmsilçisi "Mançester Yunayted"in vingeri Markus Reşford və "Tottenhem"in pleymeykeri Kristian Erikseni transfer etmək niyyətindədi. İspanlar Reşfordu Kriştianu Ronaldoya, Erikseni isə Luka Modriçə layiqli əvəzləyici sayır. Rəhbərlik bu iki keçid üçün 100 milyon avro xərcləməyi planlaşdırır. Belə ki, Reşforda 55, Eriksenə görə isə 45 milyon avro ayrılıb.

Qeyd edək ki, hər iki futbolçunun klubu ilə müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest