"Qəbələ"nin düşdüyü bu durumu məndən yaxşı bilən olmaz. Çünki biz də eyni vəziyyətdəyik. "Qarabağ"la layiqincə rəqabət aparacaq bir nömrəli komanda "Qəbələ"di. Çempionluğa oynamağa layiqdilər".

"Əvvəlcə rəqib barədə danışmaq istəyirəm. Tək-tük olan şeydi. Bu komandadan çox xoşum gəldi". Matç.az saytının məlumatına görə, bu sözlər "Zirə"nin baş məşqçisi Samir Abasova məxsusdu.

Topaz Premyer Liqasının VII turunda "Qəbələ"ni qəbul edən paytaxt təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Oyunsonrası mətbuat konfransında Abasovun qələbə şərhi belə olub: "Qəbələ"nin düşdüyü bu durumu məndən yaxşı bilən olmaz. çünki biz də eyni vəziyyətdəyik. "Qarabağ"la layiqincə rəqabət aparacaq bir nömrəli komanda "Qəbələ"di. çempionluğa oynamağa layiqdilər. Əfsuslar olsun ki, bu yerdədilər. Bizim oyunumuza gəlincə, uşaqlar bu matça özləri özlərini hazırlamışdılar. Həftəiçi bir yumruq kimi birləşdilər, istəkli idilər. çoxdandı gözlədiyimiz qələbəni də qazandılar. çox çalışdılar, Allah da bizə pay verdi. Bəzi oyunçular "üzür". Bəzi məqamları meydanda görmək istəmirəm. Onlara deyirəm ki, meydana çıxanda bilməlisiz ki, kim nə etməlidi. Neqativdən danışmaq istəmirəm. Bu günkü mübarizəyə görə onlara halal olsun. Sağ olsunlar. "Zirə"nin fanatları, bizi sevən "Sumqayıt"lılar bunu gözləyirdilər".


- Vüsal İsgəndərli sonradan meydana daxil oldu, lakin son dəqiqələrdə əvəzlədiz. Bu nə ilə bağlı idi?
- Cinahda Bilalın effekti azalmışdı, onun yükü artırdı. Sürətli, texnikalı futbolçudu. Sağ cinahı daha da gücləndirmək üçün belə addım atdıq. Hücumlarımızı daha da şiddətləndirmək istədik. Başqa bir səbəbi yoxdu.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest