"Ayntraxt"ın hücumçusu Luka Yoviç karyerasını İspaniyada davam etdirə bilər. Matç.az saytının bu ölkə mətbuatına istinadən məlumatına görə, "Barselona" gənc forvardın xidmətində maraqlıdı.

Kataloniya klubu vaxt itirmədən transfer danışığına başlayıb. "Barsa" rəhbərliyi Serbiya millisinin üzvünü mövsümün sonunda heyətinə cəlb etməkdə israrlıdı. Bu məqsədlə futbolçunun müqavilə ilə məxsus olduğu "Benfika" ilə danışıq aparılır. Uğurlu çıxış edəcəyi təqdirdə, ispanlar onu Luis Suaresə alternativ kimi görürlər.

Qeyd edək ki, bu mövsüm Bundesliqada 9 qol vuran 21 yaşlı Luka Yoviç bombardirlər yarışına başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest