Rusiyanın "Ufa" klubu qış təlim-məşq toplanışının 3-cü mərhələsi üçün İspaniyaya yollanıb.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyev və Turqay Möhbalıyevin formasını geyindiyi komanda İspaniyadakı hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək.
 
Premyer Liqa təmsilçisi fevralın 18-də İsveçrənin "Rappersvil", 22-də Moskvanın çSKA və 23-də çinin "Dalyan İfan" klubuyla qarşılaşacaq.
 
"Ufa"da forma geyinən azərbaycanlı futbolçu Azər Əliyev komanda ilə birgə İspaniyaya yollanıb. Ancaq digər azərbaycanlı oyunçu Turqay Möhbalıyev əvəzedici komanda ilə hazırlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest