"Sabah" klubu yeni futbolçu transfer edəcək. Matc.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Belə ki, "Sabah"ın rəsmi "instagram" hesabından edilən paylaşımda "o, sabah gəlir" deyə qeyd olunub. 
 
"Sabah" klubunun yeni transferinin hücumçu olacağı gözlənilir. Məsələ burasındadı ki, transfer anonsunda futbolçunun xüsusiyyətləri arasında bu ifadələrə yer verilib: əzmkar, mübariz, möhkəm, iradəli, çevik, inadkar, sürətli, sərrast.
 
Bu futbolçunun Ramil Şeydayev olduğu ehtimal olunur. Hazırda azad agent statusu daşıyan hücumçunun son klubu Moskva "Dinamo"su olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest