19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi başa çatıb. Matç.az saytı xəbər verir ki, qitənin 52 ölkəsinin yığmasının 13 qrupda mübarizə apardığı raundun son qarşılaşmaları az əvvəl yekunlaşıb.

Bu matçlardan sonra elit-raunda vəsiqə qazanan 26 komandanın tam siyahısı bəlli olub. Uğur qazanan komandalar bu raunddan azad olan son çempion Portuqaliya və ən yüksək reytinqli yığma olan Almaniyaya qoşulub. 1-ci qrupda 2-ci yeri tutan Azərbaycan millisi də bu "28-lik"dədi.

1-ci qrup: İsrail, Azərbaycan
2-ci qrup: İtaliya, Danimarka
3-cü qrup: çexiya, Xorvatiya
4-cü qrup: Şotlandiya, Uels
5-ci qrup: Türkiyə, İngiltərə
6-cı qrup: Fransa, Belçika
7-ci qrup: Macarıstan, Sloveniya
8-ci qrup: Ukrayna, Norveç
9-cu qrup: Serbiya, Polşa
10-cu qrup: İrlandiya, Hollandiya
11-ci qrup: Rusiya, Kipr
12-ci qrup: İspaniya, İsveçrə
13-cü qrup: Yunanıstan, Rumıniya

Elit-raunda qatılacaq bu 28 komanda dekabrın 6-da keçiriləcək püşkatmanı gözləyir. İsveçrədəki püşk yığmaları 4 komandalı 7 qrupa böləcək.

Elit-raundun oyunları 2019-cu il martın 18-26-da baş tutacaq. Qrup qalibləri Ermənistanda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. Həlledici mərhələ iyulun 14-27-də keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest