"Liverpul"un baş məşqçisi Yurgen Klopp çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko"ya qarşı keçiriləcək oyun öncəsi Dieqo Simeone barəsində danışıb. Matc.az xəbər verir ki, almaniyalı mütəxəssis həmkarına hörmət etdiyini açıqlayıb:

"Nəticəyə oynaya biləcək ən yaxşı komandanı axtarırsınızsa, bu, "Atletiko"dur. çox hörmət etdiyim Simeone orada hər şeyi sınayır. Onunla oxşar hekayələrimiz var. çalışdıq, qalib gəlmədik, amma cəhd etməyə davam etdik. Xoşuma gəlir. Yarışmağı sevir. Əslində, münasibətlərimiz yaxşıdır, amma əminəm ki, o, meydanın kənarında bunu unudacaq. çünki çox həyəcanlı olur".

Qeyd edək ki, "Atletiko" – "Liverpul" matçı sabah Bakı vaxtı ilə 00:00-da başlayacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest