"Bəzən mənim gəmilərdə aşpaz işləməyimi qabardırlar. Yazırlar ki, guya indiki səviyyəyə həyat yoldaşımın sayəsində gəlib çatmışam". Matc.az xəbər verir ki, bu sözlər "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimova məxsusdu.

"Palmali" Şirkərlər Qrupunun rəhbəri sosial şəbəkədə haqqında yazılan xəbərlərə münasibət bildirib. Onun sözlərinə görə, heç vaxt aşpaz işləməsindən utanmayıb: "Bunu həmişə hər yerdə açıq demişəm. Əsas odur ki, halallıqla qazanıb, haram yeməmişəm. "Palmali" kimi böyük şirkətin sahibi olmağıma isə, nə həyat yoldaşım, nə də qayınatam səbəb olub. Bilin ki, mənim də, xanımımın da ailəsi sadə fəhlə ailəsidir. Nə qazandımsa, "Palmali" ailəsi və dostlarımla birlikdə qazandım. Dənizlərdə min əziyyətə qatlaşıb, fırtınalarla sinə gərərək uğurlar əldə etmişik".

Mənsimov vurğulayıb ki, nə millətin cibinə girib, nə də oğurluq ediblər: "Görün, mənə başqa nə uydurma yapışdıra bilərsiniz? Xalq hər şeyi görür və hər şeyin fərqindədir. İki şeyə öz adınız kimi əmin olun. Birincisi, bir gün dövlətin də, xalqın da, ən nəhayət, Allahın da qarşısında cavab verəcəksiniz! İkincisi, siz artıq indidən hamının nifrətini qazanmısınız. Sual: sizə nifrət edənlərə nə cavab verəcəksiniz? Mən isə, gəldiyim yeri bildiyim kimi, getdiyim yeri də çox gözəl bilirəm. O yerlərə şərəfsizləri buraxmırlar. Bunu da biləsiniz".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest