Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Tottenhem" "Leyptsiq"i qəbul edəcək. Matc.az xəbər verir ki, oyundan öncə hər iki komandanın baş məşqçi və futbolçuları görüş barədə fikirlərini bildiriblər

çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Tottenhem" "Leyptsiq"i qəbul edəcək. Matc.az xəbər verir ki, oyundan öncə hər iki komandanın baş məşqçi və futbolçuları görüş barədə fikirlərini bildiriblər:

Yulian Naqelsmann ("Leyptsiq"in baş məşqçisi): "Hər oyundan əvvəl stressli oluram. Təbii ki, klub tarixinin ən vacib matçı deyil. Turu keçmək istəyirik. Ancaq əvvəlcə səfərdəki ilk oyunda uğurlu nəticə qazanmalıyıq. Fevralın 9-da Münhendə "Bavariya" ilə matçda qolsuz heç-heçəyə nail olduq. Həmin görüşdə olduqca hirsli və aqressiv oynamışdıq. Yenidən bunu görməyi ümid edirəm. Joze Mourinyoya böyük hörmətim var. O, bir çox titul qazanıb. Avropa futbolunda iz qoymuş mütəxəssisdir".

Konrad Laymer ("Leyptsiq"in yarımmüdafiəçisi): "Uşaqlıqda həmişə belə matçlar arzulayırdım. Əlbəttə ki, bu, əbədi xatırlanacaq. Hamı oyunun başlanmasını gözləyir. Hansı futbolu göstərmək istədiyimizi bilirik. İndi isə planımızı həyata keçirməyin vaxtıdır. Təəssüf ki, Harri Keyn və Son Hın Min kimi futbolçular bu gün oynamayacaqlar. Həmişə yaxşılara qarşı oynamaq istəmişəm. Bu gecə əlimizdən gələni edəcəyik".

Joze Mourinyo ("Tottenhem"in baş məşqçisi): "Belə oyunlar haqda çox danışmağa ehtiyac olmur. Təbii ki, olduqca ciddi qarşılaşmadır. Sonun olmaması barədə heç nə deyə bilmərəm. Yerinin dolmayacağı bəllidir. Onun bu mövsüm geri dönəcəyinə inanmıram. Ancaq əlimizdəki oyunçularla mübarizə aparmağa çalışacağıq. Hücum xəttinə gəlincə, Troy Perrot hazır görünmür. Rayan Sesenyon isə ümumiyyətcə hücumçu deyil".

Hari Uinks ("Tottenhem"in yarımmüdafiəçisi): "Görüşə olduqca yaxşı hazırlaşmışıq. Heyətdə itkilərimiz var. Ancaq təslim olmayacağıq. Rəqibə hörmət edirik. Azarkeşlərimiz önündə sərfəli nəticə qazanmaq üçün döyüşəcəyik. Biz güclü komandayıq. çempionlar Liqası çox fərqlidir. Burada ən az səhv edənlər qalib olur. Onun üçün diqqətli olmalı və fikrimizi meydana verməliyik. Cavab qarşılaşmasına mütləq yaxşı nəticə ilə yollanmalıyıq".

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest