"Real"ın icarə əsasında "Borussiya"da oynayan futbolçusu Əşrəf Hakimi gələcək karyerası ilə bağlı danışıb. Matc.az xəbər verir ki, o, "Kral klubu"na gələcəyinə əmin olmadığını söyləyib:

"Bəli, iyunun sonunda icarə müddətim başa çatır və "Real"a qayıtmalıyam. Ancaq nə olacağını demək çətindir. Mən yalnız davamlı oynamaq və irəli getmək barədə düşünürəm. Almaniyada isə mənə belə bir fürsət verirlər".

Qeyd edək ki, 21 yaşlı mərakeşli bu mövsüm 33 matçda 6 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest