İtaliyanın "Roma" klubunun zədəli futbolçularından biri – Amadu Diavara sıraya dönüb.
 
Matc.az xəbər verir ki, 22 yaşlı futbolçu xeyli müddət idi zədədən əziyyət çəkirdi.
 
Artıq qvineyalı yarımmüdafiəçi komanda ilə məşqlərə başlayıb. Lakin o, sabah keçiriləcək "Genk"lə Avroliqa matçında iştirak etməyəcək. Baş məşqçi Paulo Fonseka Diavaranın xidmətindən A Seriyası çərçivəsində "Leççe" ilə matçda yararlanmağı planlaşdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest