Futbol üzrə İran kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" da bu turnirdə növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Mes Kerman"la qarşılaşıb. Rəqibini 4:1 hesabıyla darmadağın edən Təbriz klubu yarımfinala vəsiqə qazanıb.
 
"Traktor" yarımfinalda "Naft MİS" klubu ilə qarşılaşacaq. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest