"çox çətin məcrada keçən oyun oldu. Qələbəyə ehtiyacımız var idi. Uzun müddətdən sonra çempionatda ilk qələbəmizi qazandıq. Bunu məhz bu gün reallaşdırdıq. üstümüzdə çoxlu təzyiq var idi. Bu, oyunumuza çətinlik yaradırdı. Matça yaxşı hazırlaşmışdıq. Rəqibi təhlil etmişdik. öz şansımızı gözləməli, müdafiədə kompakt oyun sərgiləməli idik. Bunu da bacardıq. ümidvaram ki, növbəti oyunlarda daha rahat çıxış edəcəyik". Matç.az saytı xəbər verir ki, bunu "Zirə"nin futbolçusu Miloş Radivoyeviç Topaz Premyer Liqasının VII turunda "Qəbələ" üzərində qazanılan 1:0 hesablı qələbədən sonra jurnalistlərə müsahibəsində deyib.

- Birinci dövrə başa çatır və ilk qələbənizi indi qazandınız. İndiyə qədər bu nəticəni əldə etməyinizə nə mane oldu?
- Bildiyiniz kimi, komandada məşqçi dəyişikliyi olub. Bu isə yeni futbol fəlsəfəsinin tətbiqi deməkdi. Təbii ki, hələ də vaxta ehtiyacımız var. Futbolçuların bir-birilərini başa düşməsi üçün də vaxt lazımdı. Oyundan-oyuna bu bizdə alınır. İnanıram ki, gələcəkdə daha yaxşı çıxış edəcəyik. Zaman keçdikcə məşqçi futbolçulara, oyunçular isə ona daha yaxşı bələd olur. Gələcəkdə məşqçinin tələblərini daha yaxşı yerinə yetirəcəyimizə əminəm. Bundan əvvəlki matçlarda da yaxşı çıxış etmişdik. Amma təəssüf ki, 3 xalı hələ indi qazana bildik.

- Necə düşünürsüz, rəqibin pis oyunu sizin qələbənizə gətirib çıxardı?
- Mən belə düşünmürəm. Oyuna çox ciddi hazırlaşmışdıq. Rəqibə heç bir şans vermədik, qol vurmaları üçün imkan yaratmadıq. Müdafiədə kompakt oynadıq. öz şansımızı gözlədik və istəyimizə nail olduq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest