"Barselona" danimarkalı hücumçu Martin Breytveyti transfer etdiyini açıqlayıb. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi "Leqanes"də forma geyinən oyunçunu 18 milyon avro qarşılığında heyətinə cəlb edib.

Açıqlamaya görə, 28 yaşlı hücumçu ilə 4 illk müqavilə imzalanıb. Onun sərbəst qalma məbləği isə 300 milyon avro olaraq göstərilib. Transfer dönəmi bitsə də, "Barselona" oyunçunun xidmətindən yararlana biləcək. Belə ki, İspaniya Futbol Federasiyanın qaydalarına görə, əgər heyətin bir üzvü uzun müddət zədələnib sıradan çıxarsa, onun yerinə futbolçu alına bilər. Komanda qarşıdakı görüşlərdə Martini oynada biləcək.

Qeyd edək ki, 28 yaşlı futbolçu bu mövsüm La Liqada 28 matçda çıxış edib və 8 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest