"Səbail" Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində "Sabah"la qarşılaşacaq.
 
Matc.az xəbər verir ki, bu oyun "dənizçilər"in yeni transferlərindən olan Hendrik Ekşteyn üçün əlamətdar olacaq.
 
Belə ki, cənubi afrikalı futbolçu ilk dəfə sabiq komandasına - "Sabah"a qarşı forma geyinmək şansı qazanacaq. Axı o, mövsümün əvvəlində böyük ümidlərlə bu kluba gətirilsə də, qışda müqaviləsinə xitam verilmişdi.
 
Ekşteyn keçmiş klubuna qarşı oyun ərəfəsində klubun mətbuat xidmətinə açıqlama verib:
 
"Mən bu oyuna xüsusi münasibət bəsləmirəm. Vacib odu ki, 3 xal qazanaq. Bilirik ki, "Sabah" çətin rəqibdi. Lakin qələbə üçün əlimizdən gələni edəcəyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest