"Arsenal"ın baş məşqçisi Mikel Arteta Avropa Liqasının 1/16 final mərhələsinin ilk matçında "Olimpiakos" üzərində qazanılan (1:0) qələbəni şərh edib. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis nəticədən razı qaldığını bildirib:

"Bu, çox yaxşı nəticədir. Belə bir stadiona qalib gəlmək asan deyil. Oyunçularıma təşəkkür edirəm. İlk on dəqiqədə əziyyət çəkdik, topu çox itirdik. İkinci yarıda oyunu daha yaxşı idarə etdik. Fərqi artıra da bilərdik. Buna bir neçə dəfə imkanımız olsa da, yararlana bilmədik. çox şeyi inkişaf etdirmək istəyirik. Hələ də bəzi problemlər görürəm. Ancaq futbolçuların mübarizəsindən razıyam".

Qeyd edək ki, tərəflər arasındakı cavab oyunu fevralın 27-də Londonda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest