"Neftçi"nin hücumçusu Mirabdulla Abbasovun karyerasındakı eniş onun qiymətinə də təsir edib. Matc.az "transfermarkt.com"a istinadən xəbər verir ki, 24 yaşlı forvardın dəyəri aşağı düşüb.

"Neftçi"nin hücumçusu Mirabdulla Abbasovun karyerasındakı eniş onun qiymətinə də təsir edib. Matc.az  "transfermarkt.com"a istinadən xəbər verir ki, 24 yaşlı forvardın dəyəri aşağı düşüb.

Abbasovun qiyməti 2018-ci ildə 650 min avro olaraq göstərilirdi. Ancaq hazırda hücumçunun dəyəri 500 mindir. Mövsümün əvvəlində "Neftçi"dən "Səbail"ə icarəyə verilən futbolçu qışda yenidən "ağ-qaralar"ın heyətinə qayıdıb. Maraqlıdır ki, "flaqman"dan ayrılanda onun qiyməti 550 min avro idi. Ancaq futbolçunun "dənizçilər"də ümidləri doğrultmaması dəyərini 50 min avro daha aşağı salıb.

Qeyd edək ki, Mirabdulla Abbasov ötən mövsüm jurnalistlər arasında keçirilən sorğuda "ilin futbolçusu" adına layiq görülmüşdü.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest