çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu məlum olub.
 
Matc.az xəbər verir ki, bu, "Borussiya"nın hücumçusu Erlinq Holanddır. O, azarkeşlər arasında aparılan səsvermədə Renan Lodi ("Atletiko"), Hans Hatebur ("Atalanta") və Huqo Llorisi ("Tottenhem") qabaqlayıb.
 
Qeyd edək ki, norveçli futbolçu 1/8 final mərhələsinin ilk oyununda PSJ-yə iki qol vurmuşdu.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest